AZ

“Yaxşı marketoloq araşdırma və test etməyi bacarmalıdır” –Rəqəmsal marketinq mütəxəssisi

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Marketinqin əsasında duran amillərdən biri də insanların davranış qaydaları ilə bağlıdır. Cəmiyyətin dəyərləri, insanların davranışı, sosial əlaqələr marketinq üçün vacibdir Çünki hamısı qərarvermə amillərinə aiddir”.

Banco.az-ın məlumatına görə, bu fikirləri Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Rəqsanə Məmmədova deyib. O bildirib ki,  marketinq strategiyasını yaratmaq üçün informasiya lazımdır:

“Bizim daxili bazarda informasiya qıtlığımız var. Bu zaman  marketoloq məcbur olub hədəf kütləsini öyrənmək üçün ya müşahidələr aparmalı, ya da testlər etməlidir. Bəzən bu testlər şirkətin büdcəsi hesabına reallaşır. Əksər şirkətlər öz risklərini minimuma endirmək üçün təcrübəli marketoloqu işə cəlb edirlər.Təcrübə göstərir ki, onların nəzəriyyə baxımından bilikləri zəifdir”.

Rəqsanə Məmmədova düşünür ki, bir məhsulun tanıdılmasında əldə edilmiş uğurlu nəticə digərində əksinə uğursuz ola bilər. Çünki marketinq üçün hazır resept yoxdur:

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla