AZ

Məktəbdən qovulan şagird direktoru güllələdi

İstanbulda şagird məktəb direktorunu güllələyib.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, hadisə Eyüpsultan qəsəbəsində baş verib. İraqlı lisey şagirdi, 17 yaşlı Y.K. ötən aylarda etdiyi intizam pozuntuları nəticəsində məktəbdən qovulub. 5 ay sonra məktəbə gələn Y.K. liseyin direktorunun otağına girərək, silahla 3 dəfə atəş açıb, sonra isə qaçıb.

Ağır bədən xəsarətləri alan məktəb direktoru xəstəxanaya çatdırılıb.

Hadisəni törədən məktəb şagirdinin polis əməkdaşları tərəfindən tutulduğu bildirilir.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla