AZ

“Vest Hem”dən Devid Moyes açıqlaması - Rəsmi

“Vest Hem”in baş məşqçisi, şotland mütəxəssis Devid Moyes cari mövsümün sonunda “çəkicdöyənlər”lə yollarını ayıracaq.

Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Xatırladaq ki, şotland mütəxəssisin klubdan gedişi cari müqaviləsinin başa çatması ilə gerçəkləşəcək.

“Devid “London Stedium”da bu müddət ərzində iki dəfə Premyer Liqanın ilk 7-liyində başa vurduğu, Avropa Liqasının 1/4 finalına yüksəldiyi və keçən il Avropa Konfrans Liqasını qazandığı dörd il yarımlıq işindən sonra vəzifəsini tərk edəcək. Onun Praqada “Fiorentina” üzərində 2:1 hesablı qələbəsi “Vest Hem”in 1980-ci ildə İngiltərə Kubokunu qazandıqdan sonra ilk böyük qənimətini və 1965-ci ildən bəri ilk Avropa uğurunu təmin edib”, – “çəkicdöyənlər”in mətbuat xidmətinin bəyanatında deyilir.

Xatırladaq ki, Devid Moyes 2017-ci ildən bu komandaya rəhbərlik edir. 2018-ci ildə “Vest Hem”dən ayrılan məşqçi, 2019-cu ilin dekabrında yenidən bu kluba qayıdıb. Moyes ilk dönəmdə İngiltərə klubunun sükanı arxasında 31 matç (9 qələbə, 10 heç-heçə, 12 məğlubiyyət) keçirib. Sonrakı dövrdə isə o, bu komandanı 228 oyuna çıxarıb. Bu görüşlərdə 102 qələbə, 43 heç-heçə, 83 məğlubiyyət qeydə alınıb.

“Vest Hem” Devid Moyesin rəhbərliyi altında bu mövsüm İngiltərə Premyer Liqasında 36 oyun keçirib. Komanda bu oyunlarda 13 qələbə qazanıb, 13 məğlubiyyətə üzülüb, 10 görüşdə isə heç-heçə qeydə alınıb. Rəqib qapılarından 56 top keçirmiş “Vest Hem” özü 70 qola üzülüb. 49 xala malik komanda mövsümün sonuna 2 tur qalmış 9-cu pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla