AZ

Belarus təlimə taktiki nüvə silahı daşıyıcılarını da cəlb edəcək -NÜVƏ MÜHARİBƏSİNƏ DOĞRU

Belarus Rusiya ilə sinxronlaşdırılmış şəkildə taktiki nüvə silahı daşıyıcılarından istifadə də daxil olmaqla  orduda qəfil yoxlama aparacaq.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib.

Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Cənub Hərbi Dairəsinin raket birləşmələri ilə təlimlərə hazırlığa başlayıb. Təlimlərə hərbi dəniz qüvvələri də cəlb olunacaq. Təlimlər qeyri-strateji nüvə qüvvələrinin döyüş tapşırıqlarını yerinə yetirmək üçün hazırlığının səviyyəsini artırmaq məqsədilə keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
14
Mənbələr
Şərh ()
Bağla