AZ

Lukaşenko səfərbərlik və döyüş hazırlığı sistemini yüksək qiymətləndirib

Belarus silahlı qüvvələrinin davam edən yoxlamaları döyüş və səfərbərlik hazırlığı sisteminin effektivliyini göstərir.

 

Oxu24.com  xəbər  verir   ki,  bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

 

“Bu yoxlamalar mövcud döyüş və səfərbərlik hazırlığı sisteminin effektivliyini, briqadaların vaxtında döyüş hazırlığının ən yüksək səviyyəsinə keçmək və qarşıya qoyulan tapşırıqları yerinə yetirmək bacarığını göstərdi”, - Lukaşenko bildirib.

 

Həmçinin mayın 7-də Lukaşenko Belarusun qərb və cənub sərhədlərində hərbi vəziyyətin qızışdığını bildirib.

 

Bundan əvvəl Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç respublika ordusunun Rusiya ilə sinxronlaşdırılmış gözlənilməz yoxlama aparacağını və bu yoxlamaya taktiki nüvə silahı daşıyıcılarının, o cümlədən digərlərinin cəlb olunacağını bildirmişdi.

 

Lukaşenko bir qədər əvvəl Belarus ordusunda nüvə silahından istifadənin yoxlanılmasından danışıb.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
14
oxu24.com

10Mənbələr