AZ

Tüfəngini təmizləyərkən özünü güllələdi

Türkiyədə 75 yaşlı kişi tüfəngini təmizləyərkən özünü güllələyib.

Bakupost.az xəbər verir ki, Bursada 75 yaşlı Emin K. təmizlədiyi tüfəngin təsadüfən atəş açması nəticəsində ağır yaralanıb.

O qan içində yerə yıxılıb. Dərhal jandarma və sağlamlıq qrupları ünvana sövq edilib.

Başından xəsarət alan şəxs hadisə yerinə göndərilən təcili yardımla İnegöl Dövlət Xəstəxanasına aparılıb. Yaralının səhhətinin yaxşı olduğu öyrənilib.

Araşdırma aparılır.

Elnur
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
Mənbələr
Şərh ()
Bağla