AZ

''Dəli'' ləqəbli məşqçidən ''dəlicəsinə'' bir qərar

Uruqvay yığması ''Copa Amerika''ya hazırlıq çərçivəsində iyunun 1-də Kosta-Rika, 6-da Meksika ilə yoldaşlıq oyunları keçiriləcək.

Uruqvayın baş məşqçisi Marselo Byelsa heyətlə bağlı qəbul etdiyi qeyri-adi qərarla diqqət mərkəzinə düşüb. Belə ki, futbol dünyasında ''dəli'' ləqəbi ilə tanınan məşhur argentinalı mütəxəssis növbəti bir dəlilik edərək əsas yığmaya həvəskar futbolçu dəvət edib! Söhbət Uruqvayın həvəskarlar liqasında çıxış edən ''Xuventud de Soriano''nun hücumçusu Valter Domingesdən gedir. 24 yaşlı heç kimə tanış olmayan forvard bu klubda 39 oyuna 57 qol vurub. Dominges yerli mətbuata bunları deyib: ''Zəng vurub mənə bu xəbəri çatdırdılar. Çox xoşbəxtəm. Bunu qətiyyən gözləmirdim. Mənim üçün böyük sürpriz oldu''. Beləliklə, həvəskar bir futbolçu ''Liverpul''lu Darvin Nunyes və ''Real''lı Federiko Valverde ilə birlikdə top qovacaq. Byelsa indiyə qədər ''Espanyol'', ''Atletik'', ''Marsel'', ''Latsio'', ''Lill'', ''Lids'' kimi klubları, eləcə də Argentina və Çili yığmalarını çalışdırıb. Uruqvay yığmasında isə o, ötən ilin mayından işləyir.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla