AZ

Bu ölkədə üsyançılar adam oğurluğunu bərpa etmək niyyətindədirlər

Kolumbiyanın solçu üsyançı Milli Azadlıq Ordusu (ELN) pul müqabilində adam oğurluğu praktikasını bərpa etmək niyyətindədirlər. Onlar bunu hakimiyyət nümayəndələri ilə Venesuelanın paytaxtında baş tutmalı olan danışıqların növbəti raunduna iki həftə qalmış etməyi planlaşdırırlar.

Herbiand.az bildirir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Üsyançıların fikrincə, Kolumbiya hökuməti əvvəllər bağlanmış müqavilələrin şərtlərini yerinə yetirmir. Hökumətin nümayəndə heyəti mayın 20-25-də Karakasda keçirilməsi planlaşdırılan görüşdə iştirak etməyi planlaşdırır.

Keçən ilin dekabrında ELN hökumətlə Mexikoda keçirilən danışıqların beşinci raundundan sonra pul müqabilində adam oğurluğunu dayandıracağına söz vermişdi. Danışıqlar başlamazdan əvvəl hökumət nümayəndə heyəti bəyan etdi ki, tərəflər “Luis Manuel Diazın qaçırılması nəticəsində yaranan böhranın dialoq yolu ilə aradan qaldırılması üçün səyləri yönəltmək” niyyətindədirlər. Üsyançılar İngiltərənin "Liverpul" futbol klubunun hücumçusu Luis Diazın atasını oktyabrın sonunda oğurlayıblar.

1964-cü ildə yaradılan Milli Azadlıq Ordusu ilə danışıqlar prosesi 10 ilə yaxındır ki, davam edir. 2024-cü ilin fevralında Havanada tərəflər atəşkəsin avqust ayına qədər uzadılması barədə razılığa gəliblər.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla