AZ

Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilib

Bakıdan
M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci km-də piyada keçidinin tikintisi artıq yekunlaşıb. Bu barədə 1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, layihə üzrə keçidin ümumi uzunluğu 48,6, eni 3 metrdir: "Yol səviyyəsindən hündürlüyü 5,5 metr olan keçid metal konstruksiyalıdır. Layihə çərçivəsində piyada keçidinin ətrafında abadlaşdırılma işləri də icra olunub. Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək. Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
248
14
Mənbələr
Şərh ()
Bağla