AZ

Rusiyada nazir həbs edildi

Başqırdıstanın nəqliyyat və yol təsərrüfatı naziri Aleksandr Klebanov rüşvət alarkən saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Başqırdıstan Respublikasının başçısının mətbuat xidməti məlumat yayıb. “Başqırdıstanın rəhbəri Radiy Xabirov öz sərəncamı ilə respublikanın nəqliyyat və yol təsərrüfatı naziri Aleksandr Klebanovu tutduğu vəzifədən azad edib. Nazir hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, o, xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur. Hazırda təhlükəsizlik qüvvələri əməliyyat tədbirləri həyata keçirir”, - məlumatda deyilir.

Qeyd olunur ki, Klebanov 2022-ci ilin dekabrından respublikanın nəqliyyat və yollar naziri vəzifəsində çalışırdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
10
Mənbələr
Şərh ()
Bağla