AZ

Özel və Bahçeli görüşü bitdi!

Özel və Bahçeli görüşü bitdi!



 15:22 07.05.2024     113

MHP sədri Dövlət Baxçalı və CHP sədri Özgür Özəl Türkiyə Böyük Millət Məclisində bir araya gələrək, yeni konstitusiya işlərini və iqtisadiyyatda baş verən son hadisələri müzakirə ediblər.

Demedia.az xəbər verir ki, 45 dəqiqə davam edən iclasdan sonra zalı tərk edən Bahçeli jurnalistlərə "Görüş necə keçdi?" sualına isə “Hörmətli başqan bir qiymətləndirmə edir” ifadəsini işlədərək CHP sədri Özgür Özələ işarə edib. Qrup toplantısında Özəlin görüşlə bağlı danışacağı gözlənilir. Cümə axşamı günü AK Partiya qərargahında prezident Ərdoğanla Özgür Özəl arasında keçirilən görüşdən sonra ikinci kritik görüş baş tutub. MHP sədri Dövlət Baxçalı və CHP sədri Özgür Özəl saat 12:00-da Türkiyə Böyük Millət Məclisində görüşərək mətbuata qapalı iclas keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla