AZ

Rusiyanın yeni baş naziri kim olacaq? – Putin hökumətin istefasını qəbul edib

Kremldə Rusiya prezidentinin andiçmə mərasimi keçirilib. Bundan sonra 4 ildən bir az artıq müddətdə baş nazir vəzifəsində çalışan Mixail Mişustinin rəhbərlik etdiyi Rusiya hökuməti Konstitusiyaya uyğun olaraq istefa verib. Mişustinin özü müvafiq əmr imzalayıb.

Bu barədə Rusiya Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putin hökumətin istefasını qəbul edib.

O bununla bağlı sərəncam imzalayıb. Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Bildirilir ki, istefa vermiş Rusiya hökuməti yeni Nazirlər Kabineti formalaşana qədər fəaliyyətini davam etdirməlidir.

Qanuna görə, dövlət başçısının andiçmə mərasimindən sonra Nazirlər Kabineti səlahiyyətlərini tərk edir. Keçmiş baş nazir, onun müavinləri və nazirləri hazırda vəzifələri icra edən statusundadırlar.

Kremlin mətbuat katibi Dmitri Peskov andiçmə mərasimindən əvvəl deyib ki, Putin mayın 7-də yeni hökumət başçısının namizədliyini irəli sürə bilər.

Xatırladaq ki, 2018-ci ildə Putin vəzifəsinin icrasına başladıqdan dərhal sonra Mixail Misuştinin namizədliyini Baş nazir postuna irəli sürüb.

Rusiya media mənbələri Putinin baş naziri dəyişməyəcəyini, Mişustinin Baş nazir olaraq qalacağını bildirlər. Onun namizədliyi yaxın günlərdə təsdiqlənə bilər.

“AzPolitika.info” 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
50
Mənbələr
Şərh ()
Bağla