AZ

ABŞ səfiri Rusiyanı tərk edib

ABŞ səfiri Linn Treysi Rusiyanı müəyyən müddətə tərk edib.

Azpost.info TASS-a istinadən bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Birinci Kanal”ın efirində məlumat verib.

“Bəli, bildiyimiz qədəri ilə, səfir Treysi Rusiyanı müəyyən müddətə tərk edib”, – deyə o, ABŞ diplomatik missiyasının rəhbərinin həqiqətən də indi Moskvada olub-olmaması barədə sualı cavablayarkən bildirib.

“Bu barədə bizə səfirlərin andiçmə mərasiminə dəvət məsələsinin  həll olunmasından bir müddət əvvəl Xarici İşlər Nazirliyindən məlumat verilib”, – deyə Sergey Ryabkov qeyd edib.

“Bizdə Rusiyada ABŞ-nin müvəqqəti işlər vəkili var. Bugünkü mərasimdə onun iştirakı nəzərdə tutulmayacaq”, – deyə o əlavə edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
4
Mənbələr
Şərh ()
Bağla