ABŞ səfiri Linn Treysi Rusiyanı müəyyən müddətə tərk edib.
Azpost.info TASS-a istinadən bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Birinci Kanal”ın efirində məlumat verib.
“Bəli, bildiyimiz qədəri ilə, səfir Treysi Rusiyanı müəyyən müddətə tərk edib”, – deyə o, ABŞ diplomatik missiyasının rəhbərinin həqiqətən də indi Moskvada olub-olmaması barədə sualı cavablayarkən bildirib.
“Bu barədə bizə səfirlərin andiçmə mərasiminə dəvət məsələsinin həll olunmasından bir müddət əvvəl Xarici İşlər Nazirliyindən məlumat verilib”, – deyə Sergey Ryabkov qeyd edib.
“Bizdə Rusiyada ABŞ-nin müvəqqəti işlər vəkili var. Bugünkü mərasimdə onun iştirakı nəzərdə tutulmayacaq”, – deyə o əlavə edib.