AZ

İsrail ordusu Misirlə sərhəddə Rafah keçid məntəqəsini ələ keçirdi

Image

İsrailin Müdafiə Qüvvələrində hərbçilərinin Qəzza tərəfində Rəfahın buraxılış məntəqəsinə nəzarət etdiyini bildirirlər. Müdafiə Qüvvələrinin bəyanatına əsasən, 401-ci zirehli-tank briqadası səhər saatlarında Qəzza sektorunda Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsini ələ keçirib.

Hərbçilərin yaydığı videogörüntülərdə tankların Rəfah buraxılış məntəqəsinin ərazisinə necə daxil olduğu görünür. İsrailin Müdafiə Qüvvələrinin bəyanatına əsasən, onlarda “qeyd olunan buraxılış məntəqəsinin terrorçular tərəfindən terror məqsədləri üçün istifadə edildiyinə dair kəşfiyyat məlumatı var”.

Ordunun açıqlamasına görə, hazırda buraxılış məntəqəsinin gecə əməliyyatı zamanı İsrail qüvvələri tərəfindən ələ keçirilən şərqi Rəfahın Salah-a-din yolu ilə əlaqəsi kəsilib. İsrailin Müdafiə Qüvvələrinin verdiyi məlumatda, gecə əməliyyatı zamanı 20 silahlının öldürüldüyü və 3 mühüm tunelin aşkarlandığı deyilir.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla