AZ

Braziliyalı futbolçu"Barselona"dan ayrılmaq istəyir

"Barselona"nın yeni transferi Vitor Rokenin vəziyyəti qeyri-müəyyən olaraq qalır.

"Operativ Media" xəbər verir ki, İspaniyanın RAC1 radiosuna verdiyi açıqlamada Rokenin meneceri gənc futbolçunun komandadakı hazırkı durumundan narahat olduğunu bildirib. Menecer bildirib ki, Roke daha çox oyun şansı əldə etməlidir və məşqçi Xavi onunla heç vaxt bu barədə danışmayıb.

Rokenin "Barselona"dakı gələcəyi ilə bağlı narahatlıqlar artsa da, onun yayda komandadan ayrılması ehtimalı nəzərdən keçirilir.

Roke ötən il Braziliyanın "Athletico Paranaense" klubundan 40 milyon avroya transfer olunub. Yanvarda ispan klubuna keçən Roke bu mövsüm meydanda cəmi 310 dəqiqə qalaraq 2 qol vurmağı bacarsa da, cəmi iki dəfə ilk 11-də yer alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla