AZ

“Heydər Əliyev irsi xalqımızın milli sərvətidir” - ŞƏRH EDİLDİ

“Böyük dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucu lideridir. Heydər Əliyev xalqımızın dünəni, bu günü və gələcəyi üçün böyük bir miras yaratdı və onu gələcək nəsillərə sözün əsl mənasında dövlətçilik mirası kimi qoyub getməyi bacardı. Bu gün inkişaf edən, gün keçdikcə beynəlxalq münasibətlər sistemində nüfuzu daha da artan qüdrətli Azərbaycanın təməlləri məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun əbədiyaşar ideyalarını bir daha yada salmalı oluruq. Bu ideyalar indi və gələcək yüzilliklərdə də Azərbaycan xalqının birlik və bərabərliyini təmin, milli kimliyimizi təyin edir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin ideyaları azərbaycanlı olmaq fəlsəfəsini özündə əks etdirir: “Əgər qısaca olaraq müstəqillik illərindən bugünədək olan tariximizi təhlil etməyə çalışsaq görərik ki, Ulu Öndərin əməyi, uzaqgörənliyi, cəsarəti sayəsində xaosdan, etnik separatçılıqdan qurtulan Azərbaycan inkişaf edərək tarixi zəfər əldə edəcək qədər güclü bir dövlətə çevrilib. 2020-ci il 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərin təməlində də məhz böyük dövlət xadimi Heydər Əliyevin yaratdığı dəyərlər, qurduğu dövlət sistemi dururdu”.

”Hesab edirəm ki, ən böyük xidmətlərdən biri də Heydər Əliyevin Azərbaycan xalqı üçün siyasi məktəb yaratmaq olub. Ulu Öndərin siyasi məktəbinin yetirməsi olan Ali Baş Komandan İlham Əliyev Heydər Əliyev dəyərləri və prinsiplərinə sadiq qalaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Ona görə də nə qədər ki Azərbaycan var, Heydər Əliyevin ideyaları o qədər yaşayacaq”,- deyə deputat əlavə edib.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
1
Mənbələr
Şərh ()
Bağla