AZ

İran Ermənistandakı mədəniyyət attaşesi: Erməmistnada fars dilinin inkişafına çalışırıq

İranın Ermənistandakı mədəniyyət attaşesi Məhəmməd Əsədi Müvəhhed, bu ölkədə İranofobiya ilə mübarizə aparmağa, və fars dilinin yayılması və tədrisinə çalışdıqlarını deyib.

"Biz Ermənistanın potensial imkanlarına görə iki ölkənin ortaq cəhətlərini və “gözəllikləri”ni tanıtmaqla fars dilini mümkün qədər yaymağa və İranofobiya ilə mübarizə aparmağa çalışırıq",- o bildirib.

mədəniyyət attaşesinin sözlərinə görə, İrana daha çox turist cəlb edilməsi üçün səy göstərilməlidir. O, İrana qarşı aparılan "təbliğat"ı neytrallaşdırmaq üçün bu addımı yaxşı vasitə adlandırıb. 

O, Ermənistanda fəaliyyətə başladığı 7 ay ərzində İranı daha yaxından tanımaq üçün Tehran, İsfahan, Kaşan və Kiş adasına 100 adam göndərdiyini söyləyib.

Müvəhhid deyib ki, Ermənistanda İranofobiya və İslamofobiya ilə bağlı narahatlığı azaltmaq üçün İran kinosu məhsullarını göstəriəcək.

"Ermənistanın üç universitetində iranşünaslıq kafedrası fəaliyyət göstərir və burada tələbələr dilini öyrənir. Təkcə İrəvan Milli Universitetində 110 tələbə İranşünaslıq sahəsində bakalavr, magistratura və doktoranturanın üç pilləsində təhsil alır və İranşünaslıq kafedrasında ümumilikdə 25-ə yaxın müəllim çalışır",- Məhəmməd Əsədi Müvəhhed qeyd edib.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla