AZ

Putin hökumətin istefasını qəbul etdi - Yenilənib

Rusiya hökuməti istefa verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mixail Mişustin sərəncam imzalayıb. 

Bildirilir ki, bu proses qanunla nəzərdə tutulub. Nazirlər Kabineti dövlət başçısının andiçmə mərasimindən sonra istefa verir. Əvvəlki nazir və Baş nazirin müavinləri hökumətin yeni tərkibi formalaşana qədər vəzifələrini icra edəcəklər. 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün and içib.

***

Rusiya Prezidenti Vladimir Putin hökumətin istefasını qəbul edib. Onun imzaladığı Sərəncama əsasən, istefaya göndərilən hökumət yeni kabinet formalaşana qədər fəaliyyətini davam etdirməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
49
Mənbələr
Şərh ()
Bağla