AZ

"Gürcüstanda müqavimətin hərəkətverici qüvvəsinin Z nəslinin təşkil etməsi əsas məqamlardandır" - XAQANİ CƏFƏRLİ

"Z nəsli üçün hətta postsovet məkanında ən uğurlu islahatçı olan Mixail Saakaşvili də cəlbedici deyil"

"Çin-Rusiya yönümlü “Gürcü arzusu”nun “Rusiya qanunu”nu qəbul etmək cəhdinə qarşı Gürcüstan cəmiyyətinin möhtəşəm müqavimətində diqqət çəkən bir neçə önəmli məqam var. Həmin məqamlardan ən çox diqqət çəkəni müqavimətin hərəkətverici qüvvəsini Z nəslinin təşkil etməsidir". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloq hesab edir ki, Z nəslinin dəyərlər uğrunda belə qətiyyətli mübarizə aparması hökumətlə yanaşı müxalifət üçün də sürpriz olub: "Bu hadisəyə qədər ənənəvi müxalifət Z nəslinin ictimai-siyasi proseslərə maraq göstərmədiyindən şikayət edirdi. Z nəslinin meydana çıxması onu göstərir ki, gənclik ölkədə baş verən proseslərə etinasız deyil. Z nəsli sadəcə özündən iki nəsil əvvəlki X nəslinə aid siyasətçilərin yanında yer almır. Z nəsli üçün hətta postsovet məkanında ən uğurlu islahatçı olan Mixail Saakaşvili də cəlbedici deyil. Azərbaycanda isə təəssüf ki, bunun fərqində deyillər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
Mənbələr
Şərh ()
Bağla