AZ

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Türkiyənin

İstanbul, 7 may, Günel Karatepe, AZƏRTAC

Türkiyənin ikinci astronavtı Tuva Cihangir Atasever iyunun 8-də kosmosa yola salınacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır açıqlayıb.

Ataseverin suborbital tədqiqat uçuşu edəcəyini deyən nazir iyunun 8-də reallaşacaq uçuşun elmi araşdırmalara töhfə verəcəyini vurğulayıb.

Bildirilib ki, uçuş ABŞ-ın Nyu-Meksika ştatında yerləşən “Spaceport” kosmik stansiyasından həyata keçiriləcək.

Xatırladaq ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcı bu il yanvarın 18-də kosmosa ilk uçuşunu edib.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
2
Mənbələr
Şərh ()
Bağla