AZ

“Rusiya məğlubiyyət istəmirsə...” - Kreml hədələyir, Vaşinqton cavab verir

Məlum olduğu kimi, Rusiya işğala məruz qoyduğu Ukraynanı müdafiə edən Qərbə qarşı nüvə şantajının növbəti mərhələsinə qədəm qoyub.

“AzPolitika” xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərə biləcəyi, eləcə də Böyük Britaniya XİN başçısı Devid Kemeronun Ukraynanın Britaniyanın verdiyi raketlərlə birbaşa Rusiya ərazisini vura biləcəyi barədə bəyanatlarına cavab olaraq, Kreml nüvə təlimlərinə hazırlıq barədə göstəriş verib. Vladimir Putinin tapşırığına əsasən, Rusiya Baş Qərargahı Cənub Hərbi Dairəsinin raket birləşmələrinin təlimlərinə hazırlığa başlayıb.

Bununla bağlı Rusiya Müdafiə Nazirlyinin məlumatında deyilir: “Təlimlər ayrı-ayrı şəxslərin təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab olaraq bölmələrin şəxsi heyətinin və texnikasının qeyri-strateji nüvə silahlarından döyüş istifadəsinə hazırlığını saxlamaq, cavab tədbirləri görmək və Rusiya dövlətinin ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz təmin etmək məqsədi daşıyır”.

“Ayrı-ayrı” şəxslər deyərkən əlbəttə ki, ilk növbədə Makron, Kemeron və digər bəzi Qərb ölkələri liderləri nəzərdə tutulur. Bu ölkələrin “günahı” isə odur ki, işğalçı Rusiya ilə onun başa düşdüyü yeganə dil olan güc dililə danışmağa başlayıblar. Buna cavab olaraq, “dünyanın ikinci” ordusuna sahib olan Kreml nədənsə, adi silahlara, “yenilməz ordusu”na deyil, dərhal nüvə şantajına müraciət edir, Zaxarova, Lavrov, Medvedev və Putinin özünün dili ilə bəşəriyyəti nüvə fəlakətilə hədələyir.

Bu hədə-qorxuya verilən cavablar isə özünü çox da gözlətmir. Bu günlərdə Emmanuel Makron Kremlin hədələrinə cavab olaraq xatırladıb ki, Fransa da nüvə ölkəsidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla