İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kenani Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı Qətər və Misirin təkliflərini HƏMAS-ın bəyənməsini alqışladıqlarını bildirib.
Turkustan.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, Kenani HƏMAS-ın təsdiqlədiyi atəşkəs təklifini dəyərləndirib.
Kenani: “İran sionist rejimin hücumlarını və qətllərini dərhal və həmişəlik dayandırmalıdır. Qəzza Zolağın amansız blokadasını aradan qaldırmaq, fələstinliləri azad etmək, Qəzza zolağından tam və qeyd-şərtsiz çıxarılmasını və müharibənin xarabalıqlarının bərpasını dəstəkləyir", - o deyib.
Eltac Zülfüqaroğlu/Turkustan.az