AZ

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Vladimir Putin Böyük Kreml sarayının Andreyevsk zalında keçirilən inauqurasiyada and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb.

RF Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin Prezident hakimiyyəti rəmzlərini Vladimir Putinə təqdim edib. 

Vəzifəsinin icrasına başlaması elan edildikdən sonra çıxış edən Vladimir Putin qeyd edib ki, Rusiya həlledici mərhələdən keçir və ölkə vətəndaşları RF rəhbərliyinin kursunun doğru olduğunu təsdiq ediblər. O deyib: “Biz Rusiyanın timsalında düzgün tərəfdaşını görən bütün ölkələrlə münasibətləri möhkəmləndirməyə açıq olmuşuq və bu, indi də belədir. Qərb ölkələri ilə dialoqdan imtina etmirik, seçim onlarındır”. 

V.Putin vurğulayıb ki, Rusiya Avrasiya inteqrasiyası üzrə tərəfdaşları ilə birlikdə dünya nizamının formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
2
Mənbələr
Şərh ()
Bağla