AZ

Paşinyan Putinlə hansı məsələləri müzakirə edəcəyini açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 8-də Rusiya Prezidenti Vladimir Putinlə görüşdə hansı məsələlərin müzakirə ediləcəyini açıqlayıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan bu barədə bugünkü mətbuat konfransında danışıb. 

“Rusiya ilə gündəlik çox müxtəlifdir. Bildiyiniz kimi, bu müddət ərzində çox sayda məsələ yaranıb. İki ölkə arasında çox və ikitərəfli münasibətlərə dair bütün məsələlər müzakirə mövzusu olacaq. Detallar artıq görüşdən sonra açıqlanacaq”, - deyə Paşinyan qeyd edib. 

Xatırladaq ki, V.Putinlə N.Paşinyan arasında görüş Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti çərçivəsində baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
50
Mənbələr
Şərh ()
Bağla