AZ

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Bakı, 7 may, AZƏRTAC

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək. Bu kontekstdə istehsal fəaliyyəti ilə məşğul olan vəzifəli və hüquqi şəxslər böyük məbləğdə cərimə ediləcək.

AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin mayın 7-də keçirilən iclasında müzakirəyı çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, “Tütün və tütün məmulatları haqqında” Qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olmağa görə vəzifəli şəxslər 5 min manatdan 7 min (5000-7000) manatadək, hüquqi şəxslər 10 min manatdan 12 min manatadək (10000-12000) manatadək məbləğdə cərimələnəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
34
Mənbələr
Şərh ()
Bağla