AZ

Boryana Kaleyn: “Bakı mənim üçün xoşbəxt şəhər, ən sevimlilərimdən biridir”

“Hesab edirəm ki, Bakı mənim üçün xoşbəxt şəhərdir”.

İdman.biz xəbər verir ki, bunu Bolqarıstan millisinin gimnastı Boryana Kaleyn Avropa Gimnastikasının (EG) mətbuat xidmətinə açıqlamasında deyib.

Bakıdakı Milli Gimnastika Arenasında təşkil olunan bədii gimnastika üzrə ilk Avropa kubokunda iki qızıl medal qazanan idmançı çıxışını dəyərləndirib: “Vaxtilə burada özümün ilk Avropa medalını qazanmışam. Ötən il isə Bakıda qitə çempionu oldum. Bir sözlə, bura mənim ən sevimli şəhərlərimdən biridir”.

Top və lentlə hərəkətdə Avropa kubokunun qalibi olan 23 yaşlı gimnast öz kompozisiyalarının özəlliyinə də toxunub: “Hərəkətlərimi mümkün qədər yaxşı yerinə yetirdim. Buna görə özümü çox yaxşı hiss edirəm. Builki proqramların xüsusi mövzudur. Onlar halqa ilə başlayıb topla başa çatan bir hekayədir. Buna görə də mənim proqramım özəldir. Bu medalları qazandığım üçün də çox şadam”.

Kaleyn qazandıqları ilə kifayətlənmək niyyətindən uzaqdır və Avropa kubokundakı uğurlarını gələcəkdə artırmağa köklənib: “Bu, çox maraqlı yarışlar idi. Mən hər anından zövq aldım. Ümid edirəm ki, qarşıdakı illərdə bu turnirdə qızıl da qazanacam".

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
Mənbələr
Şərh ()
Bağla