AZ

Uşaqlarda virus xəstəlikləri ürəyin zədələnməsinə səbəb ola bilər - Video

Ürək əzələsinin iltihabı, yəni miokardit bəsit bir qrip infeksiyasından, qızılcadan sonra yarana bilər. 

“Qafqazinfo” xəbər verir ki, bunu “Ege” hospitalın həkimi, uşaq kardioloqu dr.Aysel Məsimova uşaqlarda miokardit xəstəliyindən bəhs edərkən deyib.

Onun sözlərinə görə, tibbi adıyla - miokardit dediyimiz ürək əzələsinin iltihabının yaranma səbəblərdən biri məhz viruslardır:

“Bəsit bir qrip infeksiyasından sonra yarana bildiyi kimi, miokardit uşaqlarda qızılca, infulenza, koksaki, adenovirus və digər infeksiyalardan sonra yarana bilər. Xüsusilə də valideyinlər hər hansı infeksion xəstəlikdən sonra uşaqlarında tez yorulma, sinədə ağrı, ürək döyüntülərinin nizamsız olduğunu gördükdə mütləq həkimə müraciət etməlidirlər. Çünki ürəyin virus mənşəli zədələnmələri vaxtında müalicə olunmazsa daha ciddi ağırlaşmalar yarana bilər”.

Daha ətraflı videoda:



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla