AZ

Ölkəmizdə dollara tələbat kəskin artıb - RƏSMİ

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən növbəti valyuta hərracında 75,1 milyon ABŞ dolları satılıb.

Bu barədə Bakıvaxtı.az-a AMB-dən məlumat verilib.

Bildirilib ki, bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib: “Hərracda tələb 75,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub”.

Bu, daha öncə mayın 2-də keçirilən hərracda olan tələbatla müqayisədə 1,6 milyon ABŞ dollar və ya 2,2 % çoxdur.

Xatırladaq ki, hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Qeyd edək ki, AMB-nin valyuta hərracı hər həftənin çərçənbə axşamı və cümə axşamları Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə baş tutur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
10
Mənbələr
Şərh ()
Bağla