AZ

Azərbaycanda dollara tələb 2,4 dəfə azalıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən növbəti valyuta hərracında 44,9 milyon ABŞ dolları satılıb.

Bu barədə  AMB-dən məlumat verilib.

Bildirilib ki, bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib: “Hərracda tələb 44,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub”.

Bu, daha öncə mayın 14-də keçirilən hərracda olan tələbatla müqayisədə 62,2 milyon ABŞ dollar və ya 2,4 dəfə azdır.

Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Xatırladaq ki, mayın 14-də Mərkəzi Bankda keçirilən valyuta hərracında tələb 107,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Tələbin nisbətən yüksək olması ötən həftənin cümə axşamının, mayın 9-unun qeyri-iş gününə təsadüf etməsi ilə bağlı olaraq hərracın qrafik üzrə keçirilməməsi səbəbindən yığılan tələblə əlaqədardır.

Qeyd edək ki, AMB-nin valyuta hərracı hər həftənin çərçənbə axşamı və cümə axşamları Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə baş tutur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
29
valyuta.az

10Mənbələr