AZ

Deputatlara yeni kompüterlər VERİLDİ

Milli Məclisin deputatları yeni kompüterlə təmin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı məsələyə deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında toxunub. 

“Biz təşəkkürümüzü bildiririk ki, artıq yeni kompüterlə təmin olunmuşuq. Ona görə bundan sonra qanunlarla bağlı daha operativ çıxışlar edə bilərik. Amma kompüterlər hələ internetə qoşulmayıb deyə, qanunlarla bağlı tez araşdırmaları təqdim edə bilmirik”, - deyə deputat bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova cavab olaraq qeyd edib ki, internetlə bağlı təhlükəsizlik məsələsi var, onlar həll edilir:

“Qüdrət bəy, siz bildirdiniz ki, internet yoxdur. Burada hələki qanun layihələrinə baxmaq olur. Qeyd edim ki, təhlükəsizlik məsələsi var, onlar üzərində işlər aparılır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
Mənbələr
Şərh ()
Bağla