AZ

Tavuş kəndində başlanan delimitasiya prosesinin 90%-i icra olunub - Paşinyan

Azərbaycanla Ermənistan arasında Tavuş kəndində başlanan delimitasiya prosesinin 90%-i icra olunub. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Hazırda prosesin 90%-i icra olunub. Digər qalan işlər də davam etdirilir",- Paşinyan mayın 7-də mətbuat üçün keçirdiyi brifinqdə deyib.

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi heç bir ölkənin müdaxiləsi olmadan iki ölkə arasında razılaşdırma əsasında aparılır.

Aprelin 19-da Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.
 
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində ilk sərhəd dirəyi quraşdırılıb.
 
Gülnar Nazimqızı

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla