AZ

Məhkəmə vergidən yayınmaqda ittiham olunan iş adamına bəraət verdi

Xəzər Rayon Məhkəməsində vergi borcunu ödəməkdən yayınmaqda ittiham olunan iş adamı Kamil Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, məhkəmə işi hərtərəfli araşdırıb, müvafiq ekspertizalar keçirilib. Yekunda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olması sübuta yetirilmədiyindən ona bəraət verilib.

Qeyd edək ki, Kamil Səfərov Rusiyadan balıq məhsulları gətirən şirkətin rəhbəri olub. İttihama görə, o, ümumilikdə 100 min manatdan çox vergi borcunu ödəməkdən yayınıb. İş adamına qarşı Cinayət Məcəlləsinin 213.1. (Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə cinayət işi açılmışdı.

Əhməd

Mənbə: qaynarinfo.az

Aqreqator

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla