AZ

Hamilə qadının stresi bətndəki körpəyə-necə təsir edir?



Hamilə qadının tez-tez güclü stress keçirməsi uşağın cinsiyyətindən asılı olaraq müxtəlif cür təsir edir.


“Medicina xəbər verir ki, hətta uşağın ananın stresə reaksiyasına əsasən oğlan, ya qız olacağını təyin edə biliblər.


Onların müşahidələrinə görə, hamiləlikdə stress xəstəlik, travma, siqaret, içki, aludəçilik və psixoloji gərginlik hesab edilə bilər.

Bətndə oğlan və qız cinsi xarici stress faktoruna fərqli reaksiya verir.

Hətta onların bətndaxili inkişafında da temp dəyişir.


Belə ki, güclü stress zamanı oğlan böyümə tempini dəyişmir və əvvəlki kimi inkişaf etməyə davam edir.

Sanki döl özünü elə aparır ki, heç nə baş verməyib və heç nə hiss etmir.

Qızlar isə əksinə stresə dərhal reaksiya verir və öz inkişaf, böyümə tempini azaldır.


Bu hal kritik deyil, amma ana daim stresdə olarsa, inkişafda problemlər ola bilir. Amma davamlı güclü stress oğlanlar üçün daha təhlükəli olur, nəinki qızlar.

Eyni mənzərə astma-bronxit tutmaları olan analarda, epilepsiyalı qadınlarda və siqaret çəkənlərdə müşahidə olunub.


Aygün Musayeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
44
Mənbələr
Şərh ()
Bağla