AZ

Məhkumların ailələrinə 345 manat MÜAVİNƏT VERİLƏCƏK? - AÇIQLAMA

Məhkumların ailələrinə 345 manat MÜAVİNƏT VERİLƏCƏK? - AÇIQLAMA

Bu gün cəmiyyətimizdə ən əsas aktual məsələlərdən biri məhbuslarımız və azadlığa buraxılan şəxslərin cəmiyyətə inteqrasiyasıdır. Bu baxımdan hımin qəbildən olan ailələr arasında həssas qruplar var. Təbii ki, azadlığa buraxılan və əfv edilən vətəndaşlarımızın cəmiyyətlə əlaqəsi və işlə təmi olunması önəmlidir. Amma məhkum həyatı yaşamaqda edən şəxslərədə diqqət və qayğı önəmlidir. Belə ki, ailə başçısı həbsə düşürsə və həmin ailədə uşaq varsa, onların dolanışığı, ehtiyaclarını ödəmək çətin olur. Ailə başçısı həbsdə olduğu halda, ailə üzvlərinin dolanışığını yaxşılaşdırmaq məqsədilə bu qəbildən onlara 345 manat məbləğində müavinət verilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Rəşad Əsgərov deyib ki, belə ailələrdə azyaşlı uşaq varsa və 8 yaş həddinə qədərdisə bu qəbildən olan şəxslər aztəminatlılığa görə ünvanlı sosial yardıma müraciət edə bilərlər. Belə olan halda həmin ailəyə ehtiyaclarını ödəmək və təminatın yaxşılaşdırılması, qadın işləməsə belə ona sosial yardım təyin edirlər:

"Əgər ailədə uşaq yoxdursa, qadın təkdirsə burada ona heç bir yardımdan söhbət gedə bilməz. O şəxs müəyyən əmək qabiliyyətlidirsə, əlilliyi yoxdursa, hər hansı bir güzəşti kateqoriyaya aid deyilsə, özünə iş tapmalıdır. Əgər iş tapa bilmirsə Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyatdan keçməlidir. Bununla da işsizlik müavinəti əldə etmək hüququ əldə edir. İşsizlik müavinəti almaq hüququ yoxdursa və əmək qabiliyyətlidirsə həmin qadın müəyyən işlə təmin olunur. O cümlədən məşğulluq xidməti tərəfindən ona təklif edilən işə girir. Bu zaman özü maaş alır ki, öz ehtiyaclarını qarşılaya bilsin. Əgər belə kateqoriyadan olan insanlara minimum əməkhaqqı qədər müavinət təyin edilsə, dövlət büdcəsində böyük yük yarana bilər".

Sosioloqun spzlərinə görə, müstəqillik illərindən sonra bizim həbsxanalarımızın sayı daha da artdı. Kifayət qədər yeni həbsxanalar inşa edilib. Eyni zamanda həbsxanada olan insanlar arasında belə qəbildən olanların sayı kifayət qədərdir. İkincisi də narkotik vasitələrin istifadəsi ilə bağlı həbs olunanların sayı çoxdur:

"Onlar arasında ailəli olanlarda var. Bu baxımdan dövlət üçün böyük yük yarana bilər. Elə ailələr var ki, bu və digər cəhətdən ailə üzvləri ilə münaqişə nəticəsində onların həbs olunmasına özləri şərait yarada və həbs edilməsini tələb edilə bilər. Həbsxanadan azad olunan şəxslərin isə adaptasiyası üçün 1380 manat məbləğində birdəfəlik yardım verilir ki, onlar sağlam cəmiyyətə qayıda bilsinlər. Hazırda sözügedən məsələ aktual deyil. Heç bir dünya ölkəsində belə bir təcrübə yoxdur ki, həbsxanada olanların ailələrinə minimum əməkhaqqı qədər müavinət verilsin. Belə hal olsaydı beynəlxalq ölkələrdə qanunvericilik aktı kimi tətbiq olunardı. Digər tərəfdən dövlətlərin təyin etdikləri minimum əməkhaqları fərqli olduğu üçün həmin dövlətlərin maliyyə büdcəsinə ciddi zərər verə bilər".

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla