AZ

Las-Veqasda Formula 1-in ləğvi üçün petisiya

Keçən il Formula 1 zamanı zərərə düşmüş bir neçə las-veqaslı biznesmen, mərhələnin ləğvi üçün petisiya təşkil edib.

Bu qrupun şikayətinə görə, onlar yarış zamanı nəqliyyat problemi və yolların bağlanması səbəbindən 30 milyon dollar itiriblər. Bəzi biznesmenlər isə ümumiyyətlə kompaniyalarından olublar. Burada söhbət təkcə yarışın keçirildiyi həftədən deyil, trassın hazırlığı üçün il ərzində görülən işlərdən gedir.

“Aşağıda imzasını qoymuş və əziyyət çəkmiş Las-Veqas sakinləri kimi, şəhər rəhbərliyindən mərhələnin ləğv edilməsini xahiş edirik. Las-Veqas küçələrinin bağlanmadan qran-prinin keçirilməsi yollarını tapana qədər yarış olmamalıdır. Bunun üçün dairə rəhbərliyi qran-priyə rəsmi icazə verməməlidir”, – deyə petisiyada qeyd edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
50
Mənbələr
Şərh ()
Bağla