AZ

Şalvarının kəmirini açıb maşına bağlayan sürücü - ANBAAN VİDEO

Paytaxtda qeyri-adi üsulla cərimədən yayınan sürücü özünü ifşa edib.

Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, istehsal ili köhnə olan “Vaz” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərinin olmadığını bildirib. DYP əməkdaşlarından yayınmaq üçün analoqu olmayan bir üsula əl atıb. O, şalvarının kəmərini çıxaraq maşının arxa qapısına bərkidib. Nəticədə təhlükəsizlik kəmərini “əvəz” edən sürücü yolda hərəkətə başlayıb. Bütün bunlar isə avtomobildə sərnişin olan dostu tərəfindən anbaan qeydə alınıb.

Qeyd edək ki, bu kimi üsullarla bəzi sürücülər cərimədən yayınmağa çalışır. Hətta sürücülərdən bir neçəsi ağ köynəklərinin üzərini qara xətt ilə “bəzəyərək” kənardan baxıldıqda təhlükəsizlik kəməri görünüşü yaradırlar. Lakin sürücülər unutmamalıdır ki, təhlükəsizlik kəmərləri cərimələr yazılsın deyə yox, onların həyatlarını qorumaq məqsədilə var.

Xatırladaq ki, avtomobildə həmçinin şüşələrindən birinin taxta ilə bərkidildiyi, sükanın isə ortasının olmadığı da videoda əks olunub. Sözügedən maşın da daxil istehsal ili köhnə və istifadəyə yararsız avtomobillər yeni qaydalara əsasən utilizasiya cəlb olunmalıdır.

Məhəbbət Tərlanoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
Mənbələr
Şərh ()
Bağla