AZ

MBA-da ilin debütantı məlum oldu

Liqanın rəsmi saytının verdiyi məlumata görə, “San Antonio Spörs” komandasının üzvü Viktor Vembanyama MBA-da ilin ən yaxşı debütantı seçilib.

20 yaşlı fransız səsvermədə 495 xal toplayıb. “Oklahoma Siti Tanders”in mərkəz basketbolçusu Çet Holmqren (295) ikinci, “Şarlott Hornets”in hücumçusu Brendon Miller (86) üçüncü yeri tutub.

Vembanyama 2023-cü il MBA draftında San Antonio komandası tərəfindən bir nömrə ilə seçilib. 2023/24 mövsümündə basketbolçu müntəzəm mövsümün 71 matçında iştirak edərək, hər oyunda orta hesabla 21,4 xal, 10,6 ribaund və 3,9 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla