AZ

Ermənistanda müxalif blogerə cinayət işi açılıb

Ermənistan İstintaq Komitəsi müxalif bloger Mika Badalyana qarşı xuliqanlıq və jurnalist Jirair Voskanyana fiziki xəsarət yetirmə ittihamı ilə cinayət işi açıb.
Sosial.tv yerli mediaya istinadla xəbər verir ki, İstintaq Komitəsinin mətbuat xidməti məlumatı təsdiqləyib. İttihama görə may ayının 5-də İrəvanda gecə klubunda baş verən insident zamanı Badalyan və dostları Voskanyanın mobil telefonunu əlindən alıb, özünə isə güc tətbiq ediblər. Badalyanın vəkilləri isə əllərində görüntülərin olduğunu bildirərək ittihamın siyasi məqsəd daşıdığını bildirirlər.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
209
Mənbələr
Şərh ()
Bağla