AZ

"O köşkdə siqaret, saqqız satılır"

“Bu gün mətbuat köşkləri mini marekt kimi fəliyyət göstərir”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

"Bakıda mətbuat köşkləri qəzet satmaq üçün deyil, mini market kimi fəaliyyət göstərir. O köşkdə siqaret, saqqız və müxtəlif xırdavat satılır. Köşklər qəzet satmaq adı ilə zəbt edilib”,- deyə millət vəkili söyləyib. 

Deputat ölkədə satılan araqlarla bağlı da danışıb.

O qeyd edib ki, ölkədə bu qədər araq istehsalına ehtiyac yoxdur: "Dünyada tanınmış müxtəlif bahalı araq adlarında araq satılır. Amma bunların qiyməti 5-6 manatdır. Belə olan halda hər kəs yaxşı bilir ki, bunlar saxtadır".

Humay İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla