AZ

Xüsusi mühafizə olunan təbiət ərazilərində “Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlimlər keçirilib

Yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə Şahdağ Milli Parkının Qəbələ, Oğuz, Quba, Qusar bölməsində, Türyançay Dövlət Təbiət Qoruğunda, Zaqatala Dövlət Təbiət Qoruğunda FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə “Yanğın təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib.

Ekologiya.az bildirir ki, təlimlərdə yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla