AZ

Peskov Qərb ölkələrinin Putinin andiçmə mərasimində iştirak etməməsinə münasibət bildirib

“Bəzi Qərb ölkələrinin nümayəndələrinin Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirakdan imtinası Moskvanın hər hansı cavab tədbiri üçün əsas olmayacaq”.


Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə müsahibəsi zamanı deyib.


“Mən hesab etmirəm ki, bu, hər hansı cavab addımları üçün əsasdır. Andiçmə mərasimi, ilk növbədə, dövlət başçısı üçün Konstitusiyaya uyğun baş verən aksiyadır. Təbii ki, ilk növbədə, innaqurasiya mərasimi Rusiya vətəndaşları və öz prezidentinə səs verən insanlar üçündür”, - deyə siyasətçi vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla