AZ

Yığmamız Qızıl Avropa Liqasında hazırlığı davam etdirir

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir.

İdman.biz xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığma Voleybol Mərkəzində Qızıl Avropa Liqasının seçmə mərhələsinə hazırlaşır.

Artıq ölkə xaricində olan voleybolçuların əksəriyyəti də məşqlərə qatılıb.

Komandanın hazırlığına yığmanın əsas oyunçuları ilə yanaşı, əlavə voleybolçular da cəlb olunublar.

Qeyd edək ki, Qızıl Avropa Liqasında ilk mərhələnin oyunları 17 may - 16 iyunda Xorvatiyada baş tutacaq. Həm qadınların, həm də kişilərin mübarizəsində 12 ölkənin milli komandası mübarizə apracaq. Yeni reqlamentə əsasən bir turnir cədvəli olacaq və ilk 4 yeri tutan yığmalar “Dördlər finalı”na yüksələcəklər.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla