AZ

"ABŞ bizim hakimiyyətin "simvolizmə" önəm verdiyini bilir" - NATİQ CƏFƏRLİ

"Vaşinqton bunu gördü, o mənasız "alovun" üzərinə həmən "su" tökdü"

"ABŞ səfirinin Şuşaya səfərini hökumətyönlülər, “sındırdıq, göndərdik”, liboş (Türkiyə türkcəsindən tərcümədə liberal kimi görünən, lakin əslində şəxsi mənafeyi və şəxsi maraqları üçün çalışan deməkdir-V.B.) tayfası isə “sındırdılar, göndərdilər” kimi təqdim etdilər". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.

Buna qətiyyət təəccüblənmədiyini bildirən politoloq iddia edir ki, hər iki tərəfin siyasətin S hərfindən xəbərləri yoxdur, hər iki tərəf dünyanı oxuya-anlaya bilmir, öz kiçik aləmlərində yaşayırlar: "Dünyanı isə “real siyasət” idarə edir, qərarı da səfir verməyib, Vaşinqtondan verilən qərarı səfir icra edib, Vaşinqton səfirin birmənalı qarşılanmayan müsahibəsindən həmən sonra niyə belə qərar verib?! Çünki ABŞ Azərbaycan hakimiyyəti ilə yaxşı münasibətlərdə maraqlıdı, bizim hakimiyyətin “simvolizmə” önəm verdiyini bilir".

Politoloq əlavə edib ki, erməni mətbuatı və bəzi siyasətçiləri səfirin Şuşa məsələsi ilə bağlı publik açıqlamasını, az qala böyük qələbə kimi təqdim edib revanşist hissləri alovlandırmaq istəyirdilər, bu isə kilsə vasitəsi ilə Ermənistanı qarışdırmaq istəyən Moskvanın əlinə oynayırdı: "Vaşinqton bunu gördü, o mənasız “alovun” üzərinə həmən “su” tökdü. Səfəri həm də belə oxumaq lazımdır, REAL-politik belə olur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
Mənbələr
Şərh ()
Bağla