AZ

İranda intihar edən həkimlərin sayı artıb

Cari günəş ilinin başlamasından keçən 47 gün ərzində daha 5 həkim intihar edib və orta hesabla hər 10 gündə bir həkim özünə qəsd edir.

Bunu İranın "Ticarət News" saytı yazıb.

Məlumatda bildirilib ki, rəsmi statistikaya görə özünə qəsd edən həkimlərin sayı 5 olsa da, qeyri-rəsmi statistika bunun daha çox olduğunu iddia edir.

Məsələ ilə balı açıqlama verən İranın keçmiş səhiyyə naziri Seyid Həsən Haşimi Səhiyyə Nazirliyinin intiharlarla bağlı susmasını biabırçılıq adlandırıb.

Tibb Bacıları Evinin baş katibi Məhəmməd Şərifi Müqəddəm isə həkim və tibb işçilərinin intihar hallarının sayının dəqiq olmadığını deyib.

O, hazırda intihar faktlarının hamısının media və soaial mediada yayılmadığını söyləyərək, özünə qəsd hallarının rəsmi statistikada göstəriləndən daha çox olduğuna işarə edib.

Qeyd edək ki, Rəsmi məlumatlara görə, son 7 ildə 40 min nəfərdən çox iranlı intihar edib və bu, öncəki illərə nisbətdə artmaqda davam edir.  

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla