AZ

Xalqın Putinin ətrafında birləşməsi ölkəmizi yeni qələbələrə aparacaq

Putin ölkəyə sədaqətini sübut edib. Və bir çox onilliklər üçün dövlət başçısına aid yüksək iş standartını formalaşdırıb.

Herbiand.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu dövlət dumasının sədri Vyaçeslav Volodin deyib.

“Putin Rusiyanın üstünlüğüdür”, - deyə o, teleqram kanalında yazıb. Və bildirib ki, xalqın Putinin ətrafında birləşməsi onları yeni qələbələrə aparacaq. 

Volodin əlavə edib ki, SSRİ-nin dağılmasından sonra ölkədə xaos və iqtisadi tənəzzül hökm sürürdü. Lakin Putin hakimiyyətə gəldikdən sonra ölkəni bu vəziyyətdən xilas etdi. Spiker bildirib ki, prezident Rusiyanın dövlət fəaliyyət qabiliyyətini bərpa edib, sosial-iqtisadi inkişaf təmin olunub.

Elnurə İSAXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla