AZ

“Onun kimi əqidəsiz deputatlar xalqımıza qarşı əsl mənəvi terror həyata keçirirlər"

“Almaniyalı deputat Frans Şvabenin Azərbaycanın AŞPA-ya geri yolunun olmadığına dair fikri siyasi tərbiyəsizlikdir”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Rzayev deyib.

“Onun kimi əqidəsiz deputatlar AŞPA-da xalqımıza, Türk dünyasına qarşı əsl mənəvi terror həyata keçirirlər. Sözdə insan haqlarından danışanlar əməldə bunun əklsinə hərəkət edir, insanların taleyini pula satırlar. Bu təşkilatlar hazırda bir mərkəzndən idarə olunurlar. Fransa Prezidenti Emmanuel Makron sayıqlamaları ilə gündəmə gəlir. Azərbaycanda insan hüquqlarına, qanunun aliliyinə dair fikirlər söyləyənlər, Fransada müsəlman uşaqların məktəblərə buraxılmamasını, ABŞ-də aksiyaların şiddlərlə dağıdılmasını görməzlikdən gəlirlər”, - deyə deputat bildirib.

Humay İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla