AZ

100 min manatlıq şirkət təşkilati-hüquqi formasını dəyişir

“Neftmaş-Tikinti” ASC səhmdarlarının növbəti yığıncağı iyunun 23-də keçiriləcək.

Valyuta.az xəbər verir ki, yığıncağın gündəliyində `“Neftmaş-Tikinti” ASC-nin gündəliyinin təsdiqi, ASC-nin 2023-cü il ərzindəki fəaliyyətinin yekunlarının müzakirəsi, maliyyə hesabatlarının təsdiq edilməsi, əsas səhmdarların paylarının nisbətində əmlakların mütənasib bölünməsi, müəssisənin ASC-dən MMC-yə çevrilməsi və digər məsələlər var.

Qeyd edək ki, "Neftmaştikinti" ASC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. ASC-nin hazırda qanuni təmsilcisi İdarə Heyətinin sədri Abbasov İsmət Qüdrət oğludur. Şirkətin nizamnamə kapitalı 94 min 546 manatdır.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla