AZ

İtaliyalı deputat: "Putin maralın ürəyini çıxaranda Berluskoni qusdu"

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ilə Rusiya prezidenti Vladimir Putin arasında münasibətlərə dair yeni təfərrüatlar ortaya çıxıb.

Turkustan.az xəbər verir ki, keçən ilin iyununda vəfat edən Berluskoninin Forza Italia partiyasının keçmiş deputatı Fabrizio Cicchitto İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində iki liderin 2010-cu ildə tətildə olarkən Putinin təkidi ilə ova getdiklərini və Putinin ovladığı maralın ürəyini çıxarıb boşqabın üstünə qoydu və "Gözəl bir nahar olacaq" deyərək, İtalyan lideri ağacın arxasına keçib qusdu.

Cicchitto həmçinin deyib ki, Putin Berluskoninin ov zamanı tapdıqları maralı ovlamasını istəyib və İtaliya lideri belə bir şey edə bilməyəcəyini deyib və Putin daha sonra həmin maralı vurub. Qəzet 20 ildən artıqdır ki, ikili arasında yaxşı münasibətlər olduğunu da vurğulayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla