AZ

İKT 2025-ci ildə İstanbulda görüşəcək

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 2025-ci il sammitinin Türkiyədə keçirilməsi qərara alınıb.

Turkustan.az xəbər verir ki, Qərbi Afrika ölkəsi Qambiyanın paytaxtı Banjua şəhərində təşkilatın 15-ci sammiti keçirilib. 2 günlük sammitin yekun bəyannaməsində İsrailin Fələstinə qarşı müharibəsi və insanlığa qarşı cinayətlərinin qarşısının alınması vurğulanıb. Sammitdə növbəti görüşün Türkiyədə keçirilməsi ilə bağlı qərar qəbul edilərkən, qurumda İslamofobiya ilə bağlı xüsusi nümayəndə postunun yaradıldığı və bu vəzifəyə Türkiyənin İslamabaddakı səfiri Mehmet Paçacının təyin edildiyi də bildirilib.

Paçacının xüsusilə Qərbi Avropa ölkələrində təmaslar quracağı və İslam düşmənçiliyi ilə bağlı hesabat hazırlayacağı bildirilib. Sammitin bəyannaməsində Türkiyənin təklifi ilə təşkilata bağlı dövlətlər Beynəlxalq Ədalət Məhkəməsində ( ICJ ) İsrailə qarşı açılan soyqırım işinə müdaxilə etməyə çağırılıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla